7 Yaşın böhranı

7 Yaşın böhranı - bu dövrdə yaranmış böhran vəziyyəti uşağın məktəb həyatına daxil olması ilə bağlıdır.Rolların həmçinin aparıcı fəaliyyətin dəyişməsi ,yəni oyunun təlimlə əvəz olunması böhrana doğru aparan amillərdəndir.

Nüfuzlu etibarlı şəxslər başqaları ilə əvəz olunurlar; əgər əvvəllər valideynlər uşaqlar üçün ən hörmətli ,etibarlı şəxslər idisə ,indi həm də fikri valideynlərdən daha vacib hesab olunan digər şəxs –müəllim peyda olur. 
7 yaş böhranında əsas yenilik özünə sevgi və özünü qiymətləndirmənin (çox vaxt qeyri-adekvat) yaranmasıdır.Özünü qiymətləndirmə məktəbdəki müvəffəqiyyətsizlik  və nailiyyətlərdən asılı olaraq yüksək, yaxud aşağı ola bilər.Bu yaşanmış müvəffəqiyyətsizlikdən formalaşan komplekslər ,yaxud özünü əhəmiyyətli hiss etmə ilə müşayiət olunur. Uşaq bugünə qədər ona məlum olmayan emosiyalar və narahatçılıqlar keçirməyə başlayır,onun yeni hədəfləri və arzuları yaranır.Həmçinin uşaq səmimiliyinin itirilməsi baş verir.O,hərəkət etməzdən öncə götür-qoy edir,keçirdiyi narahatçılıq hissini başqalarına biruzə etməməyə çalışır.

 Yeniyetməlik böhranı- 3 yaşın böhranı kimi yeniyetməlik dövrü də uşaq həyatının dönüş anı hesab olunur.Bu dövrdə onlarda çoxlu emosional,fizioloji dəyişikliklər baş verir(orqanizmin mütənasibliyi dəyişir,endokrinoloji dəyişikliklər baş verir,cinsi göstəricilər  yaranır,əhvalın dəyişməsi ilə bağlı ürəyin və ciyərlərin fəaliyyətində çətinliklər meydana çıxa bilir).Etibarlı,nüfuzlu şəxslər dəyişir.Əgər bu vaxta qədər valideyn və müəllim uşaq üçün nüfuzlu şəxslər idisə,yeniyetməlikdə öz yaşıdları daha vacib olur, onlarla ünsiyyət isə əsas fəaliyyətə çevrilir.Uşaq öz bədəni və orada baş verən dəyişikliyi qeyri-adekvat  qəbul edərək buna ögey münasibət bəsləyə bilər.

Bu böhran dövrünün əsas nailiyyəti və yeniliyi özünü təhlil etmənin yaranmasıdır.Yeniyetmədə dünyagörüşü formalışır.Bu zaman yaxın qohumların dəstəyi ,tənqidin olmaması,ruhlandırılma çox vacibdir,tez-tez  onun uğurlarını qeyd etmək lazımdır.
Böhran yalnız uşaqların inkişafında deyil,həmdə  böyük insanlarda da müəyyən yaş dövrlərində baş verir.Böhranlar insan yaşa dolduqca  onun inkişafına ,öz imkanlarını və xüsusiyyətlərini daha yaxşı tanımağa və düzgün qiymətləndirməyə kömək edir.

Digər məqalələr

WhatsApp Zəng et