Afaziya

Afaziya - ən ağır nitq qüsurudur. O üzvü, mərkəzi xarakterli çatışmamazlıqdır. Əsasən yaşlı adamlarda müşahidə olunan bu nitq qüsuru,beyində qan dövranının pozulması nəticəsində baş vərir. Əksər hallarda oxuma, yazma və hesablamanın pozulması kimi hallar müşahidə olunur. Afaziyanın bir neçə növü var: Ən çox uşaqlarda müşahidə olunan növü isə motor və sensor afaziyadır. Dominant yarımkürənin əmgək və ənsə sahəsinin zədələnməsi ilə yaranan afaziya növü Semantik və amnestik afaziyadır. Ən çox uşaqlarda rast gəlinən motor afaziya isə nitqin hərəki mərkəzinin zədələnməsi zamanı əmələ gəlir. Belə uşaqlar danışığı eşidib başa düşürlər lakin, nitqləri ilə ifadə edə bilmirlər. Motor Afaziya zamanı Loqoped aşağıdakı mərhələlərdən ibarət proqramla işləyir:

  1. Artikulyar differensiallaşmanın məşq edilməsi
  2. Rabitəli nitqi formalaşdırma və rabitəli danışıq vərdişinə alışdırmaq
  3. Oxu və yazı pozuntusunu aradan qaldırmaq.

Sensor afaziya - Sensor afaziyada uşaq normal eşidə və danışa bilsə də, onda nitqin dərk olunması prosesi pozulmuşdur. Yəni, uşaq sözləri və ifadələri başa düşür, hətta belə uşaqlar çox danışan olur. Amma nitqi idarə edə bilmədiyinə görə onların nitqləri heç bir məna ifadə etmir. Hərflər, heca, hətta bütün sözlərin dəyişməsi baş verir. Çünki, onlarda nitqin dərk olunması prosesi pozulur. Belə hallarda oxuma və yazı bacarıqları da pozulur. Uşaq əvvəl bildiyi sözləri də unuda bilər. Sensor afaziya motor afaziyadan daha ağır nitq qüsurudur.
Hərəki afaziya - Bu problem olan uşaqlar ayrı-ayrı səsləri, hecaları tələffüz etdiyi və nitqi başa düşdüyü halda, özü bu sözləri tələffüz etməkdə çətinlik çəkir və ya qətiyyən bacarmır.
Amnestik afaziya - Belə problemli uşaqlar əvvəldən tanıdıqları əşyalardan istifadə qaydasını və ya nə üçün lazım olduğunu bilsələr də, həmin əşyaların adlarını unudurlar.

Digər məqalələr

WhatsApp Zəng et