Depressiya nədir?

Depressiya – yüksəkhalsızlıq, gərəksizlik hissi, intihara dair fikirlər, iştahanın azalması, yuxusuzluq, psixomotor tormozlanma və ya həyəcan, həmçinin müxtəlif somatik simptom və şikayətlərlə müşayiət olunan, əhval-ruhiyyənin enməsi ilə səciyyələnən psixi pozuntudur.
Depressiyada olan insanlar durğun olurlar , alçaq səslə , yavaş və az danışırlar. Kədərli və ağrılıdırlar. Tez-tez ağlayırlar və narahatdırlar. Əvvəllər həvəslə gördükləri işlərə qarşı maraqsız və istəksizdirlər. Düşüncələr nisbətən yavaşlamışdır. Belə olan insanın çarəsiz və ümidsiz olduğuna dair düşüncələri vardır.

Depressiyanın risk faktorlari:

Bioloji;
• irsi meyllilik,
• bəzi somatik xəstəliklər
• alkoqol və narkotiklərin qəbulu,
• bəzi preparatların qəbulu

Psixoloji;
• uşaq vaxtı keçirilmiş psixoloji travmalar,
• ailədaxili və şəxsiyyətlərarası problemlər,
• həyatda baş verən önəmli dəyişikliklər,
• yaxın adamın həyatını itirməsi və ya ağır xəstəliyə tutulması ilə bağlı keçirilən hisslər,
• tənhalıq

Sosial;
• kasıblıq,
• işsizlik,
• cinayətkarlıq,
• sosial müdafiənin olmaması.

Depressiyanın əsas əlamətləri:

  • Pasient üçün qeyri-normal hesab edilən səviyyəyədək uzun müddət əhvalın enməsi
  • Adətən pasient üçün xoş olan məşğuliyyətə aydın formada marağın və alınan zövqün azalması
  • Demək olar ki, hər gün müşahidə edilən yorulma və güc tükənməsi.

Depressiyanın əlavə əlamətləri:

  • Özünəinamın və özünüqiymətləndirmə hissinin enməsi
  • Səbəbsiz özünütənqid və ya qeyri-adekvat günahkarlıq hissi
  • Təkrarlanan ölüm və ya özünəqəsd fikirləri və ya intihar davranışı
  • Düşünmə və fikir cəmləmə qabiliyyətinin azalması
  • İstənilən növ yuxu pozuntusu (yuxusuzluq və ya yuxuculluqsüstlük)
  • Çəki dəyişkənliyi ilə müşayiət olunan iştahanın dəyişməsi (artması və ya azalması).

Digər məqalələr

WhatsApp Zəng et