Eşitmə qabiliyyətinin pozuntusu

Zəif eşitmə eşitmə qabiliyyətinin daimi, yaxud qeyri-müntəzəm olaraq zəifləməsidir. Bu da öz növbəsində uşağın öyrənmə qabiliyyətinə mənfi təsir göstərir. Eşitmə qabiliyyətinin pozulması hallarının dörd növü mövcuddur: 
1. Eşitmədə ötürülmə pozuntuları
2. Eşitmədə hissi-sinir pozuntuları
3. Eşitmədə qarışıq pozuntu
4. Mərkəzi eşitmə qabiliyyətinin pozulması
Eşitmədə ötürülmə pozuntularını törədən səbəblər xarici yaxud orta qulaqdakı xəstəliklər, eləcə də maneələrlə (səsin daxili qulağa ötürülmə yollarında) yaranan əngəllərlə əlaqəli olur. 
Eşitmədə hissi-sinir pozuntuları daxili qulaqda həssas tük hüceyrələrinin, yaxud daxili qulağın fəaliyyətinə cavabdeh olan sinirlərin zədələnməsi nəticəsində baş verir. 
Eşitmədə qarışıq pozuntu halı səsin ötürülməsi və hissi-sinir pozuntuları ilə bağlı bir haldır. Bu həm xarici, həm orta, həm də daxili qulaqda yaranan problemdir. 
Mərkəzi eşitmə qabiliyyətinin pozulması halı beynə aparan sinir yollarında, yaxud beynin özündə meydana gələn mərkəzi əsəb sisteminin zədələnməsi və ya pozulmasıdır. 
Uşağın minimum səviyyədə olan eşitmə qabiliyyətindən, maksimum səviyyədə istifadə edəbiləməsinə nail olmaq üçün müəllimlər və audioloqların birgə təlim keçməsi zəruridir

Digər məqalələr

WhatsApp Zəng et