Fobiyalar

Fobiyalar və qorxularla işləyərkən mütəxəssislər onları fərqləndirməyi bacarmalıdırlar. Qorxu yalnız insanlara deyil, həm də heyvanlara xas bir reaksiyadır. Qorxu insana təhlükədən qaçmağa kömək edən orqanizmin qoruyucu emosional reaksiyasıdır. Lakin əgər bu, tamamilə əsassız yaranarsa və insanın düşüncələrini idarə edərsə, belə bir vəziyyət adətən fobiya adlanır. İnsanın qorxduğu bir obyektdən başqaları qorxmursa böyük bir ehtimal bu fobiyadır. Doğuşdan olan qorxudan fərqli olaraq, fobiya əldə edilən bir simptomdur. Fobiyası olan bir kəs müəyyən obyektlərdən qorxur, bəzi fəaliyyət növlərindən və situasiyalardan uzaq durur. Fobiya zamanı insan fobik stimula reaksiya verməmək üçün ondan qaçmağa çalışır. Stimuldan qaçmağı bacarmayanda insanın normal davranışı dəyişir. Bu fobiyaların problem yaratmasının səbəbidir. Çünki, onlar normal yaşamağa mane olub, fərdin həyat keyfiyyətini aşağı endirir. Çox vaxt bu problemdən əziyyət çəkənlər mikroblardan,nəqliyyatdan,insanların çox olduğu yerlərdən qorxan böyük şəhər sakinləri olur. Fobiyaların müalicə edilməsinin ən yayılmış metodu, xəstənin rahatlama üsulları və bilişsel-davranışçı terapiya ilə birlikdə qorxusunun obyekti ilə tədricən "yaxınlaşması"dır. Psixiatrlara əsasən irrasional əsassız qorxunu (fobiyanı) yaranma mərhələsində məğlub etmək olar. Ancaq hərəkətə keçməyincə,o bir insanın ağlında kök salacaq və irəliləməyə başlayacaq. Fobiyaların müxtəlif səbəbləri olur. Bəzən nədənsə çox qorxmuş bir kəs zamanla qorxusunun səbəbini unudur və sonradan onda yaranan fobiyanın nəyin nəticəsi olduğunu xatırlaya bilmir. Nəticədə, sizdə yaranan fobiyanın səbəbini tapmaq, qorxularınız üzərində qələbənizin zəmanətidir. Fobik pozuntunun aşkarlanması üçün adətən həyəcan və fobiya testi olan Zunq özünüqiymətləndirmə cədvəlindən istifadə olunur. 
 (Zung WWK. A rating instrument for anxiety disorders. Psychosomatics. 1971; 12: 371—379)

Digər məqalələr

WhatsApp Zəng et