Kəkələmə

Loqopediyada ünsiyyət vasitələrindən istifadənin pozulması kimi tanınan kəkələmə  nitq qüsurları içərisində ən ağırı və mürəkkəbidir.O,çətinliklə aradan qalxır uşağın psixikasını zədələyir,nitq ünsiyyətinə mane olur,ətrafdakılarla xüsusən uşaq kollektivində qarşılıqlı ünsiyyəti çətinləşdirir.Kəkələdikdə uşaq sözü başlaya bilmir,yaxud söz tələffüz olunarkən qıcolma yaranır.Onu da qeyd etmək lazımdır ki,kəkələmə oğlanlarda qızlardan 4 dəfə artıq müşahidə olunur.

Bu pozuntunun törədici səbəblər qrupuna anatomik-fizioloji,psixi və sosial amillər ayırd edilir.

1. Anatomik və fizioloji səbəblər:
- bunlara ensefalitlə nəticələnən fiziki xəstəliklər;
- bətndaxili doğuş və doğuşdan sonrakı xəsarətlər;
- baş-beynin silkələnməsi;
- yorğunluq,üzgünlük,intoksikasiya;
- yoluxucu xəstəliklər;qızılca,tif,raxit,göy öskürək və s. daxildir.

2. Psixi və sosial səbəblər:
- müvəqqəti psixi xəsarətlər;
- düzgün olmayan ailə tərbiyəsi;
- valideynlərin zalımlığı,qəddarlığı  ərköyünlüyü;

Müasir dövrdə şərti olaraq bioloji(fizioloji)və sosial(psixoloji) simptomlarla şərtləndirilir.

Fizioloji simptomları:
- nitq qıcolmaları
- fiziki sağlamlığın,mərkəzi sinir sisteminin pozulmaları
- ümumi və nitq motorikasının pozulmaları aid edilir

Psixoloji simptomları:
- nitq dolaşmaları(topuq vurması)
- ekspressiv nitqin digər pozulmaları
- qüsuruna diqqət yetirmək fenomeni
- loqofobiya və digər psixoloji xüsusiyyətlər aid edilir

Kəkələmənin xarici simptomu kimi nitq aktı zamanı qıcolmaları göstərmək olar.Qıcolmaların adi halda davamlılığı 0,2 saniyədən 12,6 saniyə hüdudlarında olur.Ağır hallarda isə 90 saniyə çəkir. Qıcolmalar formasına (tonik,klonik və qarışıq),lokkallaşmasına (tənəffüs,artikulyasiya və qarışıq) və tezliyinə görə fərqləndirilir.
Tonik qıcolmalar-qısa təkanabənzər və ya əzələlərin davamlı spasmatik yığılması ilə müşahidə edilir.(əzələ-tonus “ççç-örək”)

Kloniki qıcolmalar- əzələ klonus(çö-çö-çö-rək)qıcolma hərəkətlərinin ritmik,bir qədər az gərginliklə təkrarlanmasıdır.Adətən belə qıcolmalar bütün tənəffüs-səs-artikulyasiya aparatını zədələyir.
Qarışıq qıcolma-bu zaman qıcolmaların hər iki halı müşahidə edilir.
Bir faktıda qeyd etmək lazımdır ki,yuxarıda adını çəkdiklərimiz kəkələmənin yox,qıcolmaların növüdür.

Quliyeva Pərvin (ADPU,II kurs magistrant)

Digər məqalələr

WhatsApp Zəng et