Qorxular

Uşaqlarda qorxular və onların səbəbləri.

Qorxu nədir?
Həqiqi və ya gözlənən bir təhlükə qarşısında coşğu, dərinin saralması, ağız quruması, ürək və tənəffüsün sürətlənməsi, mədə-bağırsaq problemləri və digər fizioloji dəyişmələrlə özünü göstərən duyğudur.

Körpələrdə və uşaqlarda qorxu:

Qorxma səbəbləri fərqli olsa da, uşaqların əksəriyyəti nədənsə qorxur. Qorxma, özünü təhlükədə hiss etdiyində və ya təhlükəli bir vəziyyətlə qarşılaşdıqda verilən reaksiyadır.  Uşaqlarda qorxu görünən və görünməyən təhlükələrə təbii cavabdır. Bu bir obyektə, bir insana və ya hər hansı bir şeyə bağlı ola bilər. Qorxu anidən və gözlənilmədən meydana gəlir. Bu vəziyyət   ətraf mühitin  şərtlərindən, psixoloji vəziyyətdən və keçmiş təcrübələrdən asılıdır.
Uşaq qorxularına gəldikdə, birinci ağla gələn; məktəb qorxusu, qaranlıqdan qorxmaq, yad insanlardan qorxmaq, anadan ayrılma qorxusu və tək qalma qorxusudur. Əlbəttə qorxu məhdud deyil. Bir çox  növü var.

Uşaqlarda qorxu necə inkişaf edir?

Uşaqların inkişafı üçün qorxuların olması normaldır, bu hal inkişafın bir hissəsidir. Bu zaman, şəxs təhlükədən qorunur. Uşaq bir şeydən qorxduqda, ikinci dəfə həmin vəziyyətdən çəkinir. Çünki nə olacağını bilir. Körpəlikdən yeniyetməliyə qədər  uşaqların inkişafında zaman-zaman hər şeydən qorxduğu müəyyənləşdirilmişdir. Buna görə uşaqların qorxmaması gözlənilməz hal deyil. Körpələrdə və uşaqlarda bu duyğu olduqca fərqlidir. Körpələr yüksək səs , parlaq işıq və yıxılmaqdan qorxur. Onlar ağlayaraq duyğularını göstərirlər. Uşaqlar isə körpələrdən fərqli olaraq ani bir hərəkətdən, yad insan, bir obyekt, yüksək səs və ya hər hansı bir heyvandan qorxa bilərlər.Uşaqların yaşına görə qorxuları da başqa  formalarda olur. 
 
Qorxuların növləri; Həqiqi qorxular, xəyali (həqiqi olmayan) qorxular, bəzi xüsüsi qorxular(qeyri-adi obyektlərdən,yuksək səsdən,
yalnızlıq, tərkedilməkdən, kimsəsizlikdən, ölümdən, heyvanlardan, qaranlıqdan) qorxmaq.
Həqiqi olmayan və qazanılmış qorxuların müalicəsi: koqnitiv terapiya, psixoterapiya,hipnoz və psixoloji konsultasiya ilə aparılır.

Digər məqalələr

WhatsApp Zəng et