Tomatis metodu nədir və kim tərəfindən yaradılıb?

Bu metodun ixtiraçısı Prof.Dr.Alfred Tomatis 1920-2001- ci illər arasında yaşamış  bir qulaq,burun,boğaz həkimi və səs alimidir.Tomatis eyni zamanda Antropoloji və Psixoloji sahələrində ixtisaslaşmışdır.Fransada ixtisası olan karlıq üzrə çalışmalar həyata keçirmiş və məşhur müğənnilərə  uzun illər şəxsi məsləhətçilik etmişdir. 
Tomatis metodu sağ və sol qulağın balanslı işləməsini və yaxşı səs analizini apara bilməsini həyata keçirir.Metodun başqa bir məqsədində isə sağ qulağın daha təzyiqli olması  hədəflənir.Sağ qulaq sol beyinə gedən ən qısa və ən tez yoldur.Sol beyin analitikdir və məntiqlə idarə olunur.Sol qulaq sağ beyinə gedən yol isə daha emosional ,yaradıcı,sosiallığı çox yüksək ,empati quran şəxsləri təmsil edir.Şagird(öyrənən) yaxşı eşitdiyi  və eşitdiyini doğru analiz edəbildiyi müddətcə dərslərini dinləməkdən zövq alır,diqqətini və əsasəndə seçici diqqətini artırır,özünə olan güvəni yerinə gəlir,beləliklə də qabiliyyəti yüksəlir.  Bundan başqa əlaqə qurmaq qabiliyyəti qüvvətlənir,nitqində axıcılıq yaranır,sosiallaşması artır,stress və narahatlığı azalır(əsasən öyrənənlərin daha sıx yaşadığı imtahan həyəcanı,narahatlığı və stressi),oxuma və oxuduğunu anlama  və yazma bacarıqları qüvvətlənir,motor bacarıqlarında problem varsa onları aradan qaldırır,akademik bacarıqları artırır,hiperaktivlik problemlərini  və planlama təşkilatçılıq pozuntularını,autizm,depressiya,sinir kimi duyğu və davranış problemlərində də gözlə görüləbiləcək bir dəyişiklik yaradır.
Tomatisə görə qulaq  sadəcə bir dinləmə,eşitmə orqanı deyil,eyni  zamanda koordinasya  mərkəzi (vestibulyar sistem) , beynin ən önəmli enerji qaynağı ve sinir sistemimizə açılan bir qapıdır.Səsin, qulaqlıq  vasitəsi  ilə  həm sümük  həm də sinxron olaraq  havadan qulağa gəlməsini təmin edir ,  daha diqqətli  bir dinləmə və bu səbəbdən  daha təmiz nitqi təmin edən bir alternativ metoddur 
Qulaqlar  daha az eşitməyə başlayanda  lazımi səsləri qulağa tam olaraq çatdıra bilmədiyində beyində əksik və ya yanlış qəbuletmələr ola bilər.Bunun nəticəsində yorğunluqdan depressiyaya,öyrənmə çətinliyindən əlaqə    pozulmasına,diqqət əksikliyi sindromundan qulaq küyünə qədər bir çox problemə səbəb olur.Bəzən isə eşidirik ancaq dinləmirik.
Qulağa düzgün tezliklərlə düzgün səslər yönləndirildiyində isə tam əksinə olaraq bir sıra xəstəliklərin sağalmasına şərait yaranır.Tomatis metodu da tam bu nöqtədə hərəkətə keçir.Tomatis metodu autizmdən öyrənmə çətinliyinə,depressiyadan diqqət pozuntusuna qədər fərqli problemlər üçün yaxşı bir həll yoludur.
Bəs dinləmə seansları hansı müddətdə davam edir?
Hər bir şəxsə ayrı-ayrılıqda yaşadığı problemə görə dinləmə  proqramı  hazırlanır və qulaqlıq ilə seçilən musiqilər dinlədilir.Şəxsə uyğun hazırlanan dinləmə seansları 14 gün ərzində hər gün  30-120 dəqiqə arası olmaqla davam edir və 4 və ya 6 həftəlik aradan sonra şəxsin ehtiyacına və aparılan testlərin nəticəsinə uyğun olaraq  lazım bilinərsə ikinci  14 günlük proqrama başlanılır.
Dinləmə müalicəsində necə musiqilər dinlətdirilir?
Xüsusi seçilmiş musiqilər şəxsin ehtiyacına və problemlərinə görə təyin olunur və qulaqlıq vasitəsilə dinlətdirilir.Dr.Tomatisə görə qulağın erkən inkişafının səbəbi sinir sisteminin inkişafına enerji təmin etməkdə oynadığı roldur.Məhz bundan faydalanaraq Dr.Tomatis seçilmiş səslərdən istifadə etməyə qərar vermiş və qulağın səsləri ayırdetmə funksiyasının asanlaşdırılması yolunu tapmışdır.4000 hz ətrafında filtrasiya xidməti sayəsində beyin özünü müəyyən sahələrin akustik analizinə yönləndirir.Musiqilərdə əsasən tezlikləri və şiddətləri dəyişdirilmiş Mozart musiqiləri istifadə edilir.
Tomatis metodundan hansı vəziyyətlərdə faydalanılır
Uşaqlar üçün istifadə sahələri:
Aksiyete(narahatlıq,qorxu,gərginlik,sıxıntı halı)
İmtahan stressi və narahatlığı

Diqqət əksikliyi hiperaktivlik pozuntusu(DDHP)
Danışıq və ifadəetmə bacarıqlarının gücləndirilməsi
Kəkələmə və nitqdə ləngimə
Konsentrasiya əksikliyi
Özünə inam əksikliyi
Öyrənmədə çətinlik
Disleksiya
Çox rastlanan inkişaf pozuntusu
Fiziki qüsurlu(Daun,serebral iflic)
Autizm
Disqrafiya

Asperger sindromu
Yetkinlər üçün istifadə sahələri
Stress
İmtahan narahatlığı
Depressiya 
Effektiv emosional pozuntu
Yorğunluq,enerjisizlik
Yuxu problemləri
Təşkilati pozulmalar
Özünə inam əksikliyi
Psixo-somatik xəstəliklər(Migren,panik atak və s.)
Konsentrasiya əksikliyi
Səs və musiqi duyumunun inkişafı
Elaqə və ifadə etmə zəifliyi
Diqqət əksikliyi
Ana namizədləri üçün istifadə olunan sahələr
Rahatlama
Stressdən qorunma 
Doğuş qorxusu və narahatlığı
Əmizdirmə çətinlikləri
Qorxuları azaltma
 Körpə ilə daha yaxşı əlaqəyə girmə
Yuxu keyfiyyətinin artması
Körpənin həyata uyğunlaşma müddətini qısaltmaq

Digər məqalələr

WhatsApp Zəng et