Logopedia

Loqopediya nitq inkişafı qüsurları haqqında pedaqoji elmdir. Loqopediyanın əsas vəzifəsi nitqi qüsurlu uşaqların xüsusi təlim-tərbiyə qanunauyğunluqlarını təqdim etməkdir. Loqopediyanın məqsədi uşağın nitqinin normal formalaşmasına və son nəticədə onun təfəkkürünün tam inkişafına kömək etməkdir. Loqopediya yunan sözü olub. mənası “Loqos” – söz, “Paydeo” – öyrədirəm, tərbiyyə edirəm deməkdir. Nitq qüsurlarını aradan qaldırmaq üçün aşağıdakıları bilmək gərək:

  • Uşağın nitq inkişafı mərhələləri
  • Artikulyasiya orqanlarının quruluşu
  • Ana dilinin səslərinin düzgün tələffüzü

Nitq qüsurlarının aradan qaldırılması və qarşısının alınması şəxsiyyətin harmonik inkişafına kömək edərək, bilikləri qazanmaq üçün mövcüd maneələri aradan qaldırır. Buna görə də loqopediya defektologiyanın bir sahəsi olub, eyni zamanda ümumpedaqoji vəzifələrin həyata keçirilməsinə kömək edir.
Uşaqlarda düzgün və rəvan nitqi formalaşdırmaq, onlarda mövcud nitq çatışmamazlıqlarını aradan qaldırmaq üçün onun normal anatomik- fizioloji aparatı haqqında biliklər olmalıdır.
Nitq aparatı bir-biriylə sıx qarşılıqlı əlaqədə olan Mərkəzi (tənzimləyici və idarəedici) və Periferik (icraedici) hissədən ibarətdir.
Mərkəzi nitq aparatı baş beyində yerləşir və o, baş beyin qabığından (daha çox sol yarımkürə) , qabıqaltı düyünlərdən, ötürücü yollardan, beyin kökünün (uzunsov beynin) nüvəsindən
və tənəffüz, səs və artikulyasiya əzələlərinə gedən sinirlərdən ibarətdir.

Periferik nitq aparatı üç şöbədən ibarətdir:

  • Tələffüz
  • Səs
  • Artikulyasiya aparatı

Nəfəs şöbəsinə ağ ciyərlər, bronxlar və traxeya köks qəfəsi daxildir.



Alaliya- Yunan sözü olub “A” – inkar hissəsi, “Laliya”- Nitq deməkdir.Ağır nitq qüsurlarından biri sayılır. Alaliya zamanı baş beyində yerləşən mərkəzi nitq aparatı zədələnir. Nitqin formalaşmasının, pozulmasını yaradan səbəb mərkəzi sinir sisteminin orqanik zədələnməsi ilə bağlıdır.
Baş beynin lokal zədələnməsi nəticəsində artıq formalaşmış nitqin itirilməsidir.
Baş beyin qabığının lokal zədələnməsi nəticəsində nitq aparatının inervasiya matışmamazlığı, nitqin tələffüz tərəfinin pozulmasıdır.
Səs pozğuntusu uşaqların və yeniyetmələrin ümumi və nitq inkişafına ciddi təsir göstərir. Disfoniya zamanı uşağın səs aparatında səsdə xırıltılı zəifliklə müşahidə olunan dəyişiklik izlənilir.
Normal eşitmə və nitq aparatının normal inervasiya zamanı səs tələffüzünün pozulmasıdır.
Uşağın dərk etmədiyi söz və ya ifadələrin avtomatik olaraq təkrarlanmasıdır.
Nitq aparatının əzələsinin qıcolması nəticəsində nitqin tempinin və ritminin pozulmasıdır.
Nitq aparatının anatomik-fizioloji qüsuru ilə bağlı səsin temrinin və tələffüzünün pozulmasıdır.
Nitq tempinin pataloji artmasıdır.
WhatsApp Zəng et