Pedaqogika

Pedaqogika təlim, tərbiyə və təhsil haqqında elmdir. Bir pedaqoqun ən yaxın dostu elə məhz pedaqogika sahəsidir. Bu sahəni bilməyən birisi şagirdinə lazımi bilik vermək qabiliyyətində ola bilməz.
Pedaqoq xüsusi hazırlıq keçmiş və pedaqoji fəaliyyətlə peşəkarcasına məşğul olan insandır. Pedaqoq dedikdə yalnız təhsillə məşğul olan bir şəxs nəzərdə tutulmamalıdır. Belə ki, işində peşəkar olan hər bir pedaqoq uşaqların təlim fəaliyyətini mükəmməl təşkil etməli, tərbiyə anlayışını tam dərindən dərk edib uşaqlarda formalaşdırmağı bacarmalı və lazımi təhsil biliklərinə yiyələnmələrində uşaqlar üçün fasilitator (istiqamətləndirici) mövqeyində dayanmalıdır. Bununla yanaşı hər bir pedaqoqun təşkilatçılıq, liderlik, humanistlik, idarəçilik kimi qabiliyyətləri o cümlədən mənəvi-insani keyfiyyətləri onun bir mütəxəssis kimi formalaşmasında əsas sütun olmalıdır. Təməli bu qabiliyyətlərlə qoyulmuş bir pedaqoqa isə uşaqlarımızı güvənlə əmanət edə bilərik.

Biz də “Oratio” Psixoloji və Nitq İnkişafı Mərkəzi olaraq bu qabiliyyətləri özündə cəmləşdirən pedaqoqların rəhbərliyi ilə aşağıdakı pedaqoji xidmətləri sizlərə təqdim edirik:



WhatsApp Zəng et