Psixologiya

Psixoloji problemlər həyatda hər birimizin bir dəfə də olsa qarşılaşacağımız bir haldır. Yaranmış bu problemlər bir çox baxımdan insan həyatında öz təsirini göstərə bilər. Bunlar psixo-somatik, sosial və bu kimi bir sıra çətinliklərə səbəb olur. Psixoloji sağlamlığımız ilə bədənimizin fiziki funksiyaları qarşılıqlı əlaqədədir. Necə ki, tibbi bir xəstəlik keçirilən zaman psixoloji olaraq bundan narahatlıq keçirir, eyni ilə hansısa qorxu, stress, çarəsizlik və bu kimi hallarla qarşılaşdıqda bu hallar özünü somatik olaraq biruzə verə bilir; başağrısı, qıcolma, yuxu pozuntuları, tərləmə, bulantı və s. kimi ciddi problemlərə gətirib çıxara bilər. Psixoloji sağlamlıq sadəcə kliniki baxımdan deyil, eyni zamanda sosial baxımdan da bir bütünlük halıdır.
Aşağıda adı keçən problemlərin dəqiq və sistemik formada testlər vasitəsi ilə təyin olunması və doğru formada ələ alınaraq yönləndirilməsi həyata keçirilir ki, bu işdə də öz işinin incəliklərini bilən bir psixoloqun size istiqamətləndirməsi şərtdir.



Daun Sindromu əqli gerilik diaqnozu ilə assosiasya olunan bir durumu bildirən ən çox yayılmış və asanlıqla müəyyənləşdirilə bilən, 46 sayda olmalı xromosom əvəzinə,47 xromosomun olması halıdır.
Əqli gerilik şifahi ünsiyyət qurmaq,öz qayğısına qalmaq,ətrafındakı insanlarla qarşılıqlı münasibətləri davam etdirmək qabiliyyətləri ilə bağlı əqli məhdudiyyətləri olan hər hansı bir şəxsin funksional xəstəliyidir.Əqli geriliyi olan uşaqlarda danışmaq,yerimək, öz paltarlarını geyinmək,yemək qəbulu ilə bağlı fərdi ehtiyaclarını ödəmək prosesləri ləng gedir.
Fobiya-bu və ya digər qıcıqlandırıcının təsirinə qarşı pataloji olaraq meydana çıxan,müəyyən vəziyyətlərdə kəskinləşən və tam məntiqlə izah olunmayan,yüksək şəkildə özünü biruzə verən davamlı qorxudur.
Problemli uşağın potensialına uyğun olan bilik və bacarıqlara yiyələnə bilməsini və uşaqla böyüklər arasında əlaqənin müəyyən edilməsini təmin edən əsas şərtlərdən biri diqqətdir.
Yazını mənimsəmə qabiliyyətinin qismən pozulmasıdır.Hərflərin optik-məkan şəkillərinin qeyri-sabitliyi,sözün səs-heca tərkibini və cümlə quruluşunun təhrif olunması ilə müşayət olunur.
Selektiv mutizm zamanı uşaqlar bir və ya bir neçə şəxsi seçir və yalnız onlarla danışır.Bu uşaqla danışmağa cəhd olunduqda göz kontaktına girməkdən çəkinirlər və hərəkətsiz,reaksiyasız dururlar.
Serebral iflic baş beynin doğuşdan əvvəlki,doğuş zamanı və ya doğuşdan sonrakı dövrlərdə müxtəlif səbəblərdən zədələnməsi nəticəsində əmələ gələn,adətən erkən uşaqlıq dövründə aşkarlanan və hərəki pozuntularla:parezlər,əzələ zəifliyi,koordinasiya pozuntuları,qeyri- iradi hərəkətlərlə xarakterizə olunan bir haldır.
Stereotip hərəkətlər sözlərin,hərəkət və davranışların əlaqəsiz şəkildə,eyni ritmdə uzunmüddətli təkrarlanmasıdır.
Psixi inkişafın ləngiməsi(PİL) altında psixi funksiyaların yetişməsinin ləngiməsi və bu səbəbdən yaş normalarından geri qalması başa düşülür.
WhatsApp Zəng et