Rus-İngilis dili kursu

İnsanlar nitq qabiliyyəti, özünü ifadə forması və sahib olduğu dil bilikləri ilə bir-birindən fərqlənirlər və özlərini daha gözəl ifadə edirlər. Antik yunan filosofu Sokrat demişdir: “Danış ki, səni görüm.” Biz də dahi Sokratın bu deyimini nəzərə alaraq “Oratio” ailəsi olaraq övladlarınızın nitqinin gözəl formalaşmağı ilə yanaşı, onların xarici dil bazasına da mükəmməl səviyyədə sahib olmaqları üçün mərkəzimizdə məktəbəqədər və ibtidai sinif şagirdləri üçün Rus dili və Inglis dili kursları yaratdıq. Dərslərimizə qatılmaq Sizin övladlarınıza ana dili ilə yanaşı xarici dili də sevərək, əylənərək öyrənməyə kömək edəcək.
Dərslər məktəbəqədər uşaqlar üçün həftədə 3 dəfə 1 saat, kiçik məktəb yaşlı uşaqlar üçün isə həftədə 2 dəfə 1,5 saat olmaqla qrup və fərdi şəkildə keçirilir. Qruplar yaş həddi və bilik səviyyəsinə uyğun olaraq təyin edilir.
Əlavə olaraq müəyyən edilmiş səviyyədə dil bazasına sahib olan uşaqlar üçün həftənin şənbə günləri ödənişsiz “Conversation Club” təşkil olunur.
Məqsəd, eyni dünya ətrafında, eyni sevgi ilə bir-birini anlayacaq dildə danışacaq gənclərdən ibarət gələcək qurmaq!

“Oratio”- Dünyamız nitqinlə gözəlləşəcək!



WhatsApp Zəng et