Wisc-4 wechsler Zəka Testi
Wisc-4 zəka testi 6-16 yaş qrupuna aid olan ən ətraflı və ən güvənli zəka testidir. Bu test fərdi olaraq tətbiq olunur. Dünya üzərində istifadə edilən keçərliliyi və güvənirliliyi Avropa standartları səviyyəsində gerçəkləşdirilmiş olan ən məşhur tətbiqi zəka testidir. Zəka səviyəsini (İQ) təyin etməmizdə və lazımi istiqamətləri həyata keçirməyimizdə bizə köməkçi olur
Uşaqlarımız nə üçün Wisc- 4 zəka testindən keçməlidir?
Wisc-4 zəka testi uşağın zəka səviyyəsini təyin etmək üçün keçirilir.Bundan əlavə ,bu test aşağıda sadalanan bacarıqların uşağın yaşının alt və ya üst səviyyədə olmasını müəyyənləşdirdikdən sonra doğru istiqamətləndirə bilmək üçün tətbiq olunur.
Test hansı bacarıqları ölçür?
Test 4 əsas bölmədən ibarətdir:
Testin keçirilmə müddəti nə qədərdir?
Testin keçirilmə müddəti testdən keçən uşağın tapşırıqları yerinə yetirmə sürətindən asılı olaraq 65-115 dəqiqə arasında dəyişir
Testə gəlmədən əvvəl nələrə diqqət etmək lazımdır?
Uşağı testə dincəlmiş,yuxusunu almış,tox və motivasiyası yüksək vaxtda gətirmək lazımdır.Uşaq rahat geyimdə olmalıır.Həyəcan və gərginliyin yaranmamağı üçün uşağa testə aparıldığı deyilməməli,”test,zəka testi,imtahan”kimi ifadələr istifadə olunmamalıdır.Bundan əlavə,uşağa “diqqətli ol,düzgün elə”kimi təlimatlar verilməməlidir.Testdən öncə psixoloq tərəfindən lazımi açıqlamalar verilir.
Testin sonunda hesabat verilirmi?Nə zaman?
Testin nəticəsinə əsaslanaraq ən tez 2 gün ən gec 5 gün ərzində mütəxəssis tərəfindən ətraflı hesabat verilir.
Fobiyalar və qorxularla işləyərkən mütəxəssislər onları fərqləndirməyi bacarmalıdırlar. Qorxu yalnız...
Ətraflı >>