Loqopediya nitq inkişafı qüsurları haqqında pedaqoji elmdir. Loqopediyanın əsas vəzifəsi nitqi qüsurlu uşaqların xüsusi təlim-tərbiyə qanunauyğunluqlarını təqdim etməkdir. Loqopediyanın məqsədi uşağın nitqinin normal formalaşmasına və son nəticədə onun təfəkkürünün tam inkişafına kömək etməkdir. Loqopediya yunan sözü olub. mənası “Loqos” – söz, “Paydeo” – öyrədirəm, tərbiyyə edirəm deməkdir. Nitq qüsurlarını aradan qaldırmaq üçün aşağıdakıları bilmək gərək:
Nitq qüsurlarının aradan qaldırılması və qarşısının alınması şəxsiyyətin harmonik inkişafına kömək edərək, bilikləri qazanmaq üçün mövcüd maneələri aradan qaldırır. Buna görə də loqopediya defektologiyanın bir sahəsi olub, eyni zamanda ümumpedaqoji vəzifələrin həyata keçirilməsinə kömək edir.
Uşaqlarda düzgün və rəvan nitqi formalaşdırmaq, onlarda mövcud nitq çatışmamazlıqlarını aradan qaldırmaq üçün onun normal anatomik- fizioloji aparatı haqqında biliklər olmalıdır.
Nitq aparatı bir-biriylə sıx qarşılıqlı əlaqədə olan Mərkəzi (tənzimləyici və idarəedici) və Periferik (icraedici) hissədən ibarətdir.
Mərkəzi nitq aparatı baş beyində yerləşir və o, baş beyin qabığından (daha çox sol yarımkürə) , qabıqaltı düyünlərdən, ötürücü yollardan, beyin kökünün (uzunsov beynin) nüvəsindən
və tənəffüz, səs və artikulyasiya əzələlərinə gedən sinirlərdən ibarətdir.
Periferik nitq aparatı üç şöbədən ibarətdir:
Nəfəs şöbəsinə ağ ciyərlər, bronxlar və traxeya köks qəfəsi daxildir.